AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinə start verilib.
“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında plana uyğun olaraq mərhələlər üzrə keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.
Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.
“Gənc Heydərçilər”in yay istirahət düşərgəsi başa çatdıMüdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "N" hərbi hissəsində "Gənc Heydərçilər"in hərbi vətənpərvərlik təmayüllü ənənəvi yay istirahət düşərgəsi başa çatdı.
Cəbhəboyu zonada səfərdə olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada tikintisi davam etdirilən hərbi obyektlərdə olublar.