Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2018 17:36

Azərbaycanın Müdafiə naziri Pakistanın nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.