Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2018 11:20

MOİK və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri arasında görüş keçirilib

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik-leytenant Rəşad Quliyev ölkəmizdə səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Stefan Marginean ilə görüşüb.
Görüşdə hərbi təhsil müəssisələri və hərbi hissələrdə cüdo idman növünün tədris proqramına daxil edilməsi, tədris materialları ilə təmin olunması haqqında müzakirələr aparılıb, eləcə də birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.