Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2018 16:02

Azərbaycanın Müdafiə naziri Çinin “Poly Technologies” korporasiyasının nümayəndələri ilə görüşüb

Sentyabrın 26-də “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” korporasiyasının vitse-prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə regional təhlükəsizlik və Azərbaycan ilə Çin arasında hərbi və hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.