AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hislərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
Ümummilli lider Heydər ƏLİYEV:
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vigorous Warrior - 2019” çoxmillətli birgə tibb təlimində iştirak edib.
Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Aprelin 18-də Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri arasında keçirilən dostluq idman yarışları ilə əlaqədar Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu ölkənin Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Ümit Dündar və Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi general İsmayıl Güzəllər ilə görüşüb.
Ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeks öncə şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.