Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2019 09:35

"Azərbaycan Ordusu" qəzeti 29 may 2019-cu il №41 (2358)

“Vətənə sədaqətlə xidmət etmək ən müqəddəs borcumuzdur”

Nümunəvi xidmətlərinə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif olunan hərbi qulluqçularla həmsöhbət olub, onların düşüncələrini qələmə almaq üçün "N" hərbi hissəsinə üz tuturuq. Görüşümüz məhz təlim nöqtəsində baş tutur. Şəxsi heyət plana uyğun olaraq döyüş hazırlığından praktiki dərs keçirdi. Dərsin mərhələlərini hər biri bacarıqla yerinə yetirirdi...davamı








Hərbi diplomatiya tariximizdən

Müstəqil Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması və qısa müddət ərzində döyüşkən bir hərbi qüvvəyə çevrilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Hərbi Nazirliyin fəaliyyətinin çox mühüm və şərəfli səhifələrindən biridir. Cümhuriyyət ordusunun öyrənilməli və davam etdirilməli olan zəngin bir təcrübəsi olub...davamı








“Şəxsi heyətin mədəni-asudə vaxtı maraqlı keçir”

Düşmənlə təmas xəttində yerləşən bölmələrimizdə olduğumuz zaman komandirlərimizin şəxsi heyətin mədəni-asudə vaxtına xüsusi diqqət yetirdiyinin şahidi olduq. "N" hərbi hissəsində əsgərlərimizin asudə vaxtlarında Xocalı faciəsini özündə əks etdirən "Xoca" filmini izlədiklərini gördük. Qəlbimizi, ruhumuzu göynədən, insanlığa sığmayan bu hadisə uzun illərdir xalqımızın qan yaddaşına həkk olunub. Qarabağ müharibəsinə həsr olunan hər yeni bədii əsər sağalmayan yaralarımızı qopartmaqla kifayətlənmir, eyni zamanda, faciədə vəhşicəsinə öldürülənləri, əsir düşənləri, düşmənə əsir düşməsin deyə əlləri ilə körpəsini öldürən anaları xatırladır. Belə filmlər gənc nəslə tarixin ağrı-acılarını çatdırmaqda böyük rol oynayır...davamı








“Əsgərlərimizlə qürur duyuruq”

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısının nəticəsidir ki, ordumuzun bütün bölmələrində sosial-məişət şəraiti yüksək səviyyədədir. Yeni yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar istifadəyə verilib. Azərbaycan əsgərinə göstərilən yüksək diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti, hərbi xidmətin uğurları üçün zəmin yaradır. Azərbaycan Ordusunda xidmət edən hər bir gənc rahat şəraitdə, çətinlik çəkmədən uğurlu xidmət edir...davamı








“Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimat mərasimi keçirildi

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində tarix üzrə fəlsəfə doktoru Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın babası, milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr etdiyi "Hər ömür bir tamaşa., (Bakı gecələri)" adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin, Respublika Qadınlar Cəmiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri  iştirak edirdilər...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı