Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib - VİDEO 20 Oktyabr 2019 20:44

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr - Beynəlxalq Kulinariya Günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.

Hərbçilərin VII Dünya Oyunlarında cüdoçularımız ilk medallarını qazanıb 20 Oktyabr 2019 17:14

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

Müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub 20 Oktyabr 2019 14:25

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilmiş birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kiçik çavuş Elçin Əjdər oğlu Vəliyevə “Hərbi xidmətlərə görə” medalı təqdim olunub.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi günü qeyd edilib - VİDEO 20 Oktyabr 2019 11:41

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib.

Əlahiddə Ümumqoşun Orduda Dövlət müstəqilliyi günü qeyd edilib 20 Oktyabr 2019 10:38

Naxçıvan Qarnizonunda 18 oktyabr Dövlət müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib.

"Azərbaycan Ordusu" qəzeti №81 (2398) 19 Oktyabr 2019 10:51

Artilleriyaçılarımız döyüş əmrinə hər an hazırdırlar Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan hərbi idmançılarının da iştirak etdiyi Hərbçilərin VII Dünya Oyunlarının açılış mərasimi keçirilib 18 Oktyabr 2019 22:00

Çinin Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi Hərbçilərin VII Dünya Oyunlarının açılış mərasimi keçirilib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi günü qeyd edilib 18 Oktyabr 2019 21:49

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib.

Beyləqanda müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub 18 Oktyabr 2019 20:07

18 oktyabr - Dövlət müstəqilliyi günündə Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun ehtiyatda olan çavuşu, Qarabağ müharibəsinin veteranı Məmmədov Vüqar Vilayət oğluna “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı təntənəli surətdə təqdim edilib.

Dövlət müstəqilliyi günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib 18 Oktyabr 2019 18:56

Azərbaycan Respublikası Dövlət müstəqilliyinin elan edilməsinin 28 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.