Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.
Polkovnik Müslüm Nəsirov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək müstəqillik yolunda Ulu Öndərin əvəzsiz fəaliyyətindən danışıb, bu günün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda hərbi vətənpərvərlik mövzusunda Xalq artisti Azərinin ifa etdiyi mahnılar və liseyin kursantlarının səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb.