Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2019 10:51

"Azərbaycan Ordusu" qəzeti №81 (2398)

Artilleriyaçılarımız döyüş əmrinə hər an hazırdırlar

 

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik...davamı

 

 

 

 

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir”

 

Suveren dövlət olmaqla öz müqəddəratını, taleyini müstəqil təyin etmək bir xalqın əldə edə biləcəyi ən böyük nailiyyətdir. Bir millətin qazana biləcəyi digər nailiyyətlər yalnız müstəqil dövlətə malik olduqda mümkündür. Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparıb. Mübarizə əzmi bu və ya digər səbəbdən qələbə ilə nəticələnmir. Böyük xalq odur ki, məğlubiyyəti gələcək qələbələr üçün başlanğıc bilsin. Onda gələcək mübarizələr uğur gətirir. Xalqımız belə xalq olub...davamı

 

 

 

 

“Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır”

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev idmanın inkişafına və onun maddi-texniki bazasının genişləndirilməsinə, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gənc nəslin formalaşması məsələsini daim nəzarətdə saxlamışdır. Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir...davamı

 

 

 

 

“Qəhrəmanlar ölmür” adlı tədbir keçirildi

 

Bu günlərdə AMEA-nın Milli Azərbaycan Tarix Muzeyində "Qarabağ müharibəsi şəhidlərini tanıyaq" layihəsi çərçivəsində "Qəhrəmanlar ölmür" adlı tədbir keçirildi. Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi, Veteran Tankçılar Birliyi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 140 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ müharibəsi veteranları, qaziləri, şəhid ailələri, məktəblilər, qurumun əməkdaşları və gənc  alimlər iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın Milli qəhrəmanlarının tanıdılması, onların keçdiyi döyüş yolu barədə ictimaiyyətə və gənc nəslə geniş, dolğun məlumatların çatdırılmasıdır...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı