AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.
İyunun 18-də Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.
İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibəti ilə tədbir keçirilib.
26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində məktəblilərlə videoəlaqə vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib.
Azərbaycan Prezidenti İlham ƏLİYEV:
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən yeni inşa edilən hərbi hissənin açılışı olub.
İyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri tərəfindən əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin şəhid olmasının növbəti il dönümündə məzarı ziyarət olunub.