Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub 25 Sentyabr 2018 14:51

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko və Belarus Müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi general-mayor Sergey Simonenko ilə görüşüb.

Azərbaycanın Müdafiə naziri bolqarıstanlı həmkarı ilə görüşüb 25 Sentyabr 2018 13:47

Sentyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - VİDEO 25 Sentyabr 2018 13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

Bakıda “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb - VİDEO 25 Sentyabr 2018 11:00

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

Müdafiə Nazirliyinin Bəyanatı 25 Sentyabr 2018 10:20

Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır.

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 25 Sentyabr 2018 09:58

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 26-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Gənc əsgərlərlə milli-mənəvi dəyərlərimiz ilə bağlı söhbətlər aparılıb 24 Sentyabr 2018 19:19

Müdafiə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə gənc əsgərlərlə “Dini radikalizmlə mübarizə və milli-mənəvi dəyərlərimiz” mövzusunda söhbətlər aparılıb.

Azərbaycan Ordusunda futbol birinciliyi keçirilir 24 Sentyabr 2018 18:29

Müdafiə Nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu üzrə keçirilən futbol birinciliyinə start verilib.

Hərbi topoqrafların konfransı keçirilib 24 Sentyabr 2018 17:51

Azərbaycan Ordusunun 2018-ci il üçün hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi Naviqasiya və Kartoqrafiya İdarəsində müxtəlif qoşun növü zabitlərinin iştirakı ilə “Xüsusi topoqrafik xəritələrin hazırlanmasında müasir texnologiyanın tətbiqi” mövzusunda konfrans keçirilib.

Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub 24 Sentyabr 2018 16:48

Sentyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX 2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gələn Monteneqro Respublikasının Müdafiə naziri Predraq Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.