Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2018 18:29

Azərbaycan Ordusunda futbol birinciliyi keçirilir

Müdafiə Nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu üzrə keçirilən futbol birinciliyinə start verilib.
Yarış iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi  önünə gül dəstələri qoyaraq Ulu Öndərin və şəhidlərin xatirəsini yad ediblər.
Yarışı açıq elan edən Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən qayğıdan danışaraq bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir və Azərbaycan dünyada idman ölkəsi  kimi  tanınır.
Ordu idmançıları da uğur və qələbələri ilə bir çox beynəlxalq yarışlarda  ölkəmizi layiqincə təmsil edirlər.
AFFA-nın hakimlər komitəsi üzvlərinin idarə etdiyi futbol birinciliyində qoşun növləri, hərbi hissə və birləşmələrdən 13 komanda iştirak edir. Yekunda yarışın qaliblərinə fəxri fərmanlar, mükafatlar, qalib  komandaya isə kubok təqdim olunacaq.