Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib - VİDEO 24 Sentyabr 2018 16:17

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb.

Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir 24 Sentyabr 2018 10:39

Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar oktyabrın 1-dən 22-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib 22 Sentyabr 2018 13:04

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

"Azərbaycan Ordusu" qəzeti 22 sentyabr 2018-ci il №73 (2289) 22 Sentyabr 2018 10:11

“Qəhrəmanların döyüş yolu örnəkdir”Zəngin təbii sərvətlərə sahib olan Vətənimiz dəfələrlə fitnəkar qonşularımızın hücumuna məruz qalıb.

Bakıda NATO-nun ƏİK çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib 21 Sentyabr 2018 18:21

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.

Müdafiə naziri Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb 21 Sentyabr 2018 17:34

Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Azərbaycanın Müdafiə naziri NATO baş katibinin müavini ilə görüşüb 21 Sentyabr 2018 12:05

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Genişmiqyaslı təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib - VİDEO 21 Sentyabr 2018 10:51

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.

Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib - VİDEO 20 Sentyabr 2018 15:55

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub.

Müdafiə naziri təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb 19 Sentyabr 2018 15:42

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, döyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.