Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2018 18:21

Bakıda NATO-nun ƏİK çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.
Təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.
Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikasının HHQ-nin mütəxəssisləri tərəfindən izlənilib.