Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2020 11:10

"Azərbaycan Ordusu" qəzeti № 36 (2454)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Dövlətimizin başçısı görüşdə çıxış etdi.
- Bu gün çox əlamətdar bir gündür. Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır...davamı




“Müstəqil Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!”

Azadlıq və müstəqillik həm hər bir ölkə vətəndaşı, həm də xalqlar, millətlər üçün ən müqəddəs və şirin nemət hesab olunur. Dövlət müstəqilliyimiz 70 ildən sonra bərpa olundu. Ulu Öndərin dediyi kimi, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onları əbədi, dönməz, sarsılmaz etmək bir o qədər də mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlığı və müstəqilliyi qazanmaq mümkünsüzdür...davamı




“Qələbədə bizim də töhfəmiz olacaq”
Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının yaradılmasından 26 il keçir

Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatı fəaliyyətə 1994-cü il iyunun 16-da başlayıb.  Müasir ordu quruculuğunun ideoloji sahələrindən biri olan Hərbi Nəşriyyat sovet ordusundan milli orduya təhvil verilən "Xəzərin keşiyində" qəzetinə məxsus mətbəənin bazasında yaradıldı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətə başladı...davamı




“Xalqın, dövlətin adına xeyirli niyyət həmişə gerçəkləşir”

Nə müddətdi könlümün kürlüyünü kürüyə bilmirəm. Bu kürlük ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparanların əhatəsində kürünəcək; bu kürlük müharibə səbəbindən yaranmış ön xətdə, səngərdə döyüş növbətçiliyi aparanlara sevgidəndi. Bu sevgi Vətənə sevgimizin döyüş əzminə, qələbə ruhuna bələd olduğumuz əsgərlərə ehtiramdı. Bu əzmin, bu ruhun qalibiyyəti ən müasir silahlarla, qurğularla silahlanmış ordumuzun şəxsi heyətinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığına söykənib...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı