"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Eldar Sabiroğlu: «Daşların haradan atıldığı ünvan gizlin deyil» 13 Aprel 2012 09:00

Son günlər Müdafiə Nazirliyi ilə bağlı mətbuatda yenə müxtəlif səpkili yazılar dərc olunur.

Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir 12 Aprel 2012 09:00

12 aprel 2012-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir.

Təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır 11 Aprel 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 12-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə işçi görüşü keçirilir 11 Aprel 2012 09:00

Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının və Planlaşdırma, Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə 9-13 aprel 2012-ci il tarixlərində Azərbaycanda işçi görüşləri keçirilməsi nəzərdə tutulur.

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb 11 Aprel 2012 09:00

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prosesi başa çatıb.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 31 Mart 2012 09:00

Taktiki səviyyədə hərbi-mülki əməkdaşlıq mövzusunda kurs02-13.04.2012Ankara, TürkiyəTerrorizmlə mübarizə kursu 02-13.04.2012 Ankara, TürkiyəE-Prime kursu02-03.04.2012Əl-Küveyt, KüveytAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 02.04-11.05.2012 Zabitlər üçün kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üzrə təməl kursuİstanbul, TürkiyəAzərbaycan-ABŞ iş planına əsasən 03-05.04.2012 Peşəkar çavuş heyətinin hazırlanması kursuBuxarest, RumıniyaAzərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən03-05.04.2012 "Hərbi polis bölmələri" mövzusunda işçi görüşü Köln, AFRAFR-ın Azərbaycan üçün Hərbi Təhsilə Yardım Proqramına əsasən 03.04-30.09.2012 "Alman dili" və "Hərbi polis bölüyü komandiri" kursu Hürt, AFRAFR-ın Azərbaycan üçün Hərbi Təhsilə Yardım Proqramına əsasən 03.04-30.09.2012 "Alman dili" və "Rabitə bölüyü komandiri" kursu Hürt, AFRAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 08.04-07.07.2012 Zabitlər üçün təməl və səhrada tibb xidmətləri stajıSamsun, TürkiyəPAP qiymətləndirmə görüşü09-13.04.2012Bakı, AzərbaycanAzərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq planına əsasən 09-10.04.2012 Hərbi kadrların hazırlanması sahəsində ikitərəfli layihələrin razılaşdırılmasıBakı, AzərbaycanAzərbaycan-ABŞ iş planına əsasən 09.04-20.04.2012 Əldə qayırılmış partlayıcı qurğulara qarşı mübarizə, əməliyatlar və partlayışdan sonrakı təhlil prosesi Bakı, AzərbaycanAzərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən10-14.04.2012 Mətbuat və İctimayyətlə əlaqələr üzrə işçi görüşü Ştrauzberq, AFRSNT Konsorsiumunun cavuşlar üçün tədris planın hazırlanması üzrə işçi görüşü10-13.04.2012 Qarmiş, AFRBeynəlxalq qərargah zabiti kursu 12.04-21.06.2012 Liptovski-Mikulas, Slovakiya.

Monitorinq baş tutdu 29 Mart 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 29-da Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri Çin və İranın ölkəmizdəki səfirlərini qəbul edib 16 Mart 2012 09:00

Martın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsuini və İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini qəbul edib.

Cəbhədə vəziyyət yenə gərginləşib. 15 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 14-də saat saat 20.15-dən 20.20-dək, 20.37-dən 20.44-dək və 21.00-dan 21.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi;- saat 21.00-dan 21.05-dək və 20.37-dən 20.42-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Əskipara və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi;- saat 12.40-dan 12.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 18.45-dən 19.00-dək və 23.10-dan 23.24-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 08.50-dən 08.55-dək, 09.55-dən 09.00-dək, 17.05-dən 17.15-dək, martın 15-də 01.45-dən 02.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.

Azərbaycanın müdafiə nazirinin İran İslam Respublikasına rəsmi səfəri başa çatıb 14 Mart 2012 09:00

Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasında rəsmi səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidi ilə görüşüb.