Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 11 Aprel 2019 16:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1.

Cəbhə bölgəsində yerləşən artilleriya bölmələri döyüş atışlı təlimlər keçirib - VİDEO 11 Aprel 2019 13:06

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.

BQXK-nin nümayəndələri hərbi qulluqçularla görüşüblər 11 Aprel 2019 12:29

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi qulluqçular üçün Gəncə Qarnizonu Zabitlər Evində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” ikinci beynəlxalq konfransında iştirak edir 11 Aprel 2019 11:46

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının ikinci beynəlxalq konfransında iştirak edir.

Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni layihələr müzakirə olunub 10 Aprel 2019 16:33

Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Monitorinq insidentsiz başa çatıb 10 Aprel 2019 12:33

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 10-da Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

"Azərbaycan Ordusu" qəzeti 10 aprel 2019-cu il №27 (2344) 10 Aprel 2019 10:16

“Tezliklə Laçında da bayrağımız dalğalanacaq”Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır.

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə 9 Aprel 2019 18:32

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər aprelin 10-dan 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin vətəndaşlara və KİV nümayəndələrinə müraciəti 9 Aprel 2019 17:45

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidməti şəraiti ilə əyani şəkildə tanış olmaları məqsədilə Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 9 Aprel 2019 09:47

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 10-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.