AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa çatdırıb.
Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar ekspedisiya təşkil olunub.
Əziz Şuşa, sən azadsan!28 may 2021-ci il...
C.Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ildə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən Aprel döyüşləri zamanı fədakarlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzə Novruzovun xatirəsi yad olunub.
Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.
İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə keçirilən tədbirlərlə tanışlıq məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün növbəti media-tur təşkil olunub.
İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.