Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2021 12:33

Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” adlı ekspedisiya təşkil edilib

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və  “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar ekspedisiya təşkil olunub.
“Qarabağ Azərbaycandır!” adlı ekspedisiyanın üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301 m) yerləşən "Zəfər" zirvəsinə yola düşüblər. Hərbçilərin iştirak etdiyi ekspedisiya hava şəraiti nəzərə alınaraq iyunun 19-dan 28-dək keçiriləcək.   
Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev "Zəfər" zirvəsinə yola düşməzdən öncə digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.