Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 47 (2555)

Əziz Şuşa, sən azadsan!

28 may 2021-ci il... Səhər saat 04:00 radələrində ruhumun Vətəni Şuşaya doğru yola çıxırıq. Daim sevinc, qürur və iftixar hissi ilə xatırlayacağım, ömrüm boyu unuda bilməyəcəyim tarixi həqiqəti görməyə, sevincli anların iştirakçısı olmağa saatlar qalıb deyə, yol boyu avtomobildə özümə yer tapa bilmirəm...
Bir saatdan sonra gecənin qaranlığından əsər-əlamət qalmır. Dünyada heç bir gözəlliklə müqayisə edə bilməyəcəyim, möcüzəvi təbiət tabloları məni uşaqlığıma aparır. Valideynlərimlə, doğmalarımla təxminən 34 il əvvəl mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu Şuşaya gəlişim, Cıdır düzü, İsa bulağı, Turşsu, Damcılı bulaq və gördüyüm bütün gözəlliklər, keçirdiyim hisslər incəlikləri ilə yadıma düşür...davamı



Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəhid zabitin xatirəsi yad edildi

C.Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ildə Aprel döyüşləri zamanı fədakarlıq nümunələri göstərərək, şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzə Novruzovun xatirəsi anıldı.
Xatirə tədbirində Hərbi liseyin bir qrup zabit, müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi...davamı



Qardaşlığın gur səsi - Şuşa Bəyannaməsi!

Tarix yaşanılmış illər olsa da, yaşadılmalı hadisələrin də zaman göstəricisidi.
Xalqımızın tarixi ilə bağlı tarixlər, tarixi hadisələr böyük vətəndaşlıq heysiyyətiylə, məsuliyyətlə, sevgilərlə yaşadılır. 1918-ci il mayın 28-ni də unutmuruq, 1920-ci ilin 28 aprelini də, 1990-cı ilin 20 yanvarını da, 1991-ci ilin 18 oktyabrını da, 1992-ci ilin 26 fevralını da unutmuruq, 1993-cü ilin yanvarını - Horadiz əməliyyatını da. Şuşanın, Kəlbəcərin, Füzulinin, Zəngilanın, Laçının, Qubadlının, Cəbrayılın, Ağdamın işğalını da unutmuruq, bu rayonların, Şuşanın işğaldan necə azad edilməsini də unutmayacağıq...davamı



“Vətən, sənin əsgərinəm!”

Böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xalqa arxalanırdı, xalqı dövlətçilikdə əsas qüvvə bilirdi. Məhz buna görə Azərbaycanda hakimiyyətdə olduğu illərdə xalqın iradəsini də, xalqın dövlətçiliyə etimadını da, sədaqətini də yüksək dəyərləndirir, azərbaycançılığı yaşam fəlsəfəsi kimi yaşadırdı. Ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyəti xalq sonsuz məhəbbətlə sevir, onun hər kəlməsini aqil kəlamı bilirdi...
Böyük tarixi şəxsiyyət vətənpərvərliyi olduqca yüksək dəyərləndirdi. Hərbçi yüksək vətənpərvərlik duyğusuna, Vətən sevgisinə malik olur. Hərbi and bu xarakteri tamamlayır, sonrakı illər üçün yaşamın da, fəaliyyətin də başlanğıcı olur...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı