Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub 27 İyun 2021 10:42

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular təltif edilib - VİDEO 26 İyun 2021 17:55

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib 26 İyun 2021 17:48

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, hərbi birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Silahlı Qüvvələr Günü münasibətilə uşaqlar üçün vətənpərvərlik mövzusunda tədbir keçirilib 26 İyun 2021 16:53

Silahlı Qüvvələrin yaranmasının 103-cü il dönümü ilə əlaqədar Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərində vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Silahlı Qüvvələr Günü münasibətilə media-tur təşkil edilib - VİDEO 26 İyun 2021 16:14

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri üçün media-tur təşkil edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb - VİDEO 26 İyun 2021 13:10

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.

Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində və hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub - VİDEO 26 İyun 2021 12:35

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib 26 İyun 2021 12:07

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

26 İyun - Silahlı Qüvvələr Günü - VİDEO 26 İyun 2021 10:20

"Azərbaycan Ordusu" qəzeti № 49 (2557) 26 İyun 2021 10:00

İlin hər günü ordumuzun günüdürXX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.