İlin hər günü ordumuzun günüdür
XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Nəticədə min illik dövlətçilik tarixi olan Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu...
Ancaq müstəqilliyin ilk illərində Azərbaycanda siyasi vəziyyət son dərəcə kəskinləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə bir vaxtda xalq kəskin siyasi iradə nümayiş etdirərək böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyi xilas edildi. Böyük tarixi şəxsiyyət noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, bu çağırış dövlətçiliyin qorunmasına yönələn çağırış idi. Minlərlə könüllü torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılmaq üçün ordu sıralarına gəldi...davamı
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
Hərbi Dəniz Qüvvələrində (HDQ) 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı