Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2021 17:55

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular təltif edilib - VİDEO

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib.
Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təbrikləri şəxsi heyətə çatdırılıb.
Çıxışlar zamanı Azərbaycan Ordusunun qüdrətindən və Vətən müharibəsində qazanılan parlaq qələbədən danışılıb.
Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirlərin sonunda hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub.