Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2021 16:53

Silahlı Qüvvələr Günü münasibətilə uşaqlar üçün vətənpərvərlik mövzusunda tədbir keçirilib

Silahlı Qüvvələrin yaranmasının 103-cü il dönümü ilə əlaqədar Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərində vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Tədbirdə iştirak edən uşaqlar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər. Sonra Gəncə Qarnizonunun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vətənpərvər musiqi sədaları altında uşaqların təqdim etdikləri rəqs və musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Tədbir çərçivəsində həyata keçirilən “Əsgərə məktub” layihəsi uşaqlar tərəfindən sevinclə  qarşılanıb və onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.
Bayram tədbiri Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən  təqdim olunan vətənpərvər musiqi nömrələri ilə başa çatıb.