AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən psixoloqların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris proqramında nəzərdə tutulan kurs başa çatıb.
Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
“Ən böyük təşəkkürümüz qazandığımız qələbədir” Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı idi.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.
Mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının rəisi, tibb xidməti polkovniki Niyaməddin Seyidov çıxış edərək bildiriblər ki, 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində 2021-2022-ci tədris ilindən “Hərbi həkim” ixtisasında təhsil alan tələbələrin təhsili üçün lazımi şərait yaradılıb və bu da muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addımdır.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda 2021-ci il - "Nizami Gəncəvi İli" çərçivəsində növbəti tədbir keçirilib.