Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub 29 Oktyabr 2020 14:12

- TƏCİLİ - Oktyabrın 29-da saat 13.50 radələrində Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib 29 Oktyabr 2020 14:05

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Düşmən Bərdə və Goranboy rayonlarının ərazisini atəşə tutub 29 Oktyabr 2020 12:27

- TƏCİLİ - Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının videogörüntüsü - VİDEO 29 Oktyabr 2020 10:28

Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub 29 Oktyabr 2020 09:46

- TƏCİLİ - Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09:25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsü - VİDEO 29 Oktyabr 2020 09:44

Cəbhədə oktyabrın 29-na olan son vəziyyət 29 Oktyabr 2020 07:30

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib – VİDEO 28 Oktyabr 2020 20:19

Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib – VİDEO 28 Oktyabr 2020 19:18

Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib - VİDEO 28 Oktyabr 2020 19:00

Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.