Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - VİDEO 23 Oktyabr 2022 15:01

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan İlqar Vəliyev, Orxan Qəhrəmanov, Fərid Mehbalı, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Həftəlik icmal (16.10.2022 - 23.10.2022) - VİDEO 23 Oktyabr 2022 12:59

“Eternity-2022” beynəlxalq təlimi başlayıb 22 Oktyabr 2022 14:00

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Hərbi qulluqçularımız NATO kursunda iştirak ediblər - VİDEO 22 Oktyabr 2022 11:06

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nda iştirak ediblər.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 22 Oktyabr 2022 10:29

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

"Azərbaycan Ordusu" qəzeti № 82 (2693) 22 Oktyabr 2022 10:00

“Kitablar bizim üçün çox qiymətli və dəyərli hədiyyədir”Müdafiə Nazirliyinin təşkilatçılığı və İrəli İctimai Birliyinin dəstəyi ilə təşkil olunan "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasında toplanan kitablar növbəti dəfə yeni sahiblərinə çatdırıldı...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı

Türkiyədə “AKINCI” kursunu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib 22 Oktyabr 2022 00:20

Türkiyənin Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Zəfər Forumu davam edir 21 Oktyabr 2022 19:16

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşəbbüsü, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən ümumrespublika Zəfər Forumu davam edir.

Türkiyədə keçirilən taktiki təlim başa çatıb 21 Oktyabr 2022 12:43

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla İzmir şəhərinin Foça dəniz bazasında taktiki təlim keçirilib.

Təminat daşıyan texnikamız atəşə tutulub 21 Oktyabr 2022 10:42

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.