Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətlərinin görüşü keçirilib 22 İyun 2021 20:29

Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib 22 İyun 2021 20:16

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir.

Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüşlər keçirilib 22 İyun 2021 19:44

İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüşlər keçirilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib - VİDEO 22 İyun 2021 19:25

Xalqımız Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümünü təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm Zəfərin yaratdığı böyük ruh yüksəkliyi və Qələbə əhval-ruhiyyəsi ilə qarşılayır.

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb - VİDEO 22 İyun 2021 18:14

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb 22 İyun 2021 13:28

İyunun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hərbi Dəniz Qüvvələrində taktiki təlimlər başlayıb 22 İyun 2021 09:58

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən iyunun 22-dən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə şəhidlərin anım mərasimi keçirilib - VİDEO 21 İyun 2021 17:18

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan kiçik leytenantlar Namaz Allahverdiyev, Sadiq Nəcəfli və Yaqub Nəcəfovun doğum günləri münasibətilə anım mərasimi keçirilib.

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub 21 İyun 2021 16:12

İyunun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Prezident İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib - VİDEO 21 İyun 2021 14:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib.