Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək 19 İyun 2021 14:48

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib 19 İyun 2021 13:25

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini başa çatdırıb.

Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” adlı ekspedisiya təşkil edilib 19 İyun 2021 12:33

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar ekspedisiya təşkil olunub.

"Azərbaycan Ordusu" qəzeti № 47 (2555) 19 İyun 2021 10:00

Əziz Şuşa, sən azadsan!28 may 2021-ci il...

Şəhid zabitin xatirəsi təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yad olunub - VİDEO 18 İyun 2021 16:50

C.Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ildə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən Aprel döyüşləri zamanı fədakarlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzə Novruzovun xatirəsi yad olunub.

“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub 18 İyun 2021 14:47

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.

Azərbaycanın Müdafiə naziri Latviyanın NATO-nun PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021 18:33

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.

Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021 18:09

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə media-tur təşkil edilib 17 İyun 2021 17:42

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə keçirilən tədbirlərlə tanışlıq məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün növbəti media-tur təşkil olunub.

Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib 17 İyun 2021 16:11

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.