Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2022 00:20

Türkiyədə “AKINCI” kursunu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib

Türkiyənin Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimi Türkiyənin “Baykar Makine” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədovun, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədovun, Hərbi Attaşelik Aparatının əməkdaşlarının və digərlərinin iştirakı ilə təşkil olunub.
Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətini yüksək dəyərləndirib.
Artıq beynəlxalq aləmdə türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan “Bayraktar” silahlı pilotsuz uçuş aparatının İkinci Qarabağ müharibəsindəki danılmaz rolundan bəhs edən səfir Rəşad Məmmədov əminliklə bildirib ki, müasir elm və texnikanın sirlərini müvəffəqiyyətlə mənimsəyən gənclər bu sahənin inkişafına böyük töhfələr verəcəklər. Diplomat “AKINCI” kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycanın müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyəni, Azərbaycanı və Pakistanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.