Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2022 11:06

Hərbi qulluqçularımız NATO kursunda iştirak ediblər - VİDEO

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nda iştirak ediblər.
Kurs müddətində hərbi münaqişələr zonasında  Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib.
"Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub.
Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.