AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Seçdiyimiz peşələrə uyğun olaraq hər birimiz Vətənimizə xidmət edirik”"N" hərbi hissəsinin avtomobil parkında UAZ markalı avtomobilə böyük həvəslə texniki qulluq göstərən hərbi qulluqçumuz diqqətimizi cəlb etdi.
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri 2022-ci il ərzində hərbi hissələrdə gender bərabərliyi mövzusunda müxtəlif seminarlar keçirib.
Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.
2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Azad Hümmətov, İman Məmmədzadə, Bəhram Məmmədzadə, Nicat Qarazadə, Ülvi Rəfiyev, Toğrul Atakişiyev, Məhəmməd İsmayılzadə və Vaqif İsmayılzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Döyüş hazırlığı zəfər müjdəçisidirPayız fəslinin gözəl günləridir.
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb.
2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının N hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir.