Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2022 15:03

Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar keçirilib

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri 2022-ci il ərzində hərbi hissələrdə gender bərabərliyi mövzusunda müxtəlif seminarlar keçirib.
Seminarlarda qeyd olunub ki, gender bərabərliyi, eləcə də şəxsi heyətin insan hüquqları və azadlıqlarının təminatı sahəsində görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası əsas götürülərək demokratik dövlətlərin təcrübələri öyrənilməklə daha da təkmilləşdirilir. Ordumuzda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır, hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işləri aparılır.
Seminar iştirakçılarına inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.