AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Dəniz komando təməl kursu"na könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər cari ilin fevral ayının 20-dən aprel ayının 5-dək müvafiq sənədlərlə birlikdə HDQ-nin qərargahında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Vətəni anamız kimi sevir, gözümüz kimi qoruyuruqDöyüş fəaliyyətinin operativ və fasiləsiz təmin edilməsi üçün rabitə təminatının düzgün təşkili mütləq şərtdir.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan təşviqat qrupunun respublikanın ümumtəhsil orta məktəblərinin hərbi hazırlıq müəllimləri ilə görüşü keçirilib.
Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti və hərbi vətənpərvərlik mövzularını işıqlandıran bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin 2023-cü il üzrə tədbirlər planına əsasən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin ADA Universitetinə səfəri təşkil olunub.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlıq çərçivəsində imzalanmış 2023-cü ilin tədbirlər planına əsasən hərbi qulluqçularımızın iştirakı ilə "Partlayış travmalarına yanaşma" mövzusunda kurs keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən daşqaldırma birinciliyinin bağlanış mərasimi keçirilib.