Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2023 17:45

"Partlayış travmalarına yanaşma" mövzusunda kurs keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlıq çərçivəsində imzalanmış 2023-cü ilin tədbirlər planına əsasən hərbi qulluqçularımızın iştirakı ilə "Partlayış travmalarına yanaşma" mövzusunda kurs keçirilib.
Kurs müddətində "Partlayışın fiziki təzahürləri", "Partlayış zədələri", "Qan dövranı və abdominal zədələr", "Pasientin qiymətləndirilməsi demonstrasiyası", "Göz və burun zədələri", "Baş və beyin zədələri və fiziki məhdudiyyət", "Aşağı və yuxarı ətrafların zədələri", "İlan sancması" və digər mövzularla bağlı dinləyicilərə brifinqlər təqdim edilib.
Qeyd olunan mövzular üzrə qruplarla məşğələlər keçirilib və müxtəlif çalışmalar yerinə yetirilib.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.