Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2023 17:00

Azərbaycan Ordusunda keçirilən daşqaldırma birinciliyi başa çatıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən daşqaldırma birinciliyinin bağlanış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilikdə səkkiz komanda üzrə 44 hərbi qulluqçunun iştirak etdiyi yarışın yekun nəticələrinə əsasən “Hərbi Hava Qüvvələri” komandası birinci, “Quru Qoşunları” komandası ikinci, “Hərbi Polis” komandası isə üçüncü yerdə qərarlaşıb.
Sonda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib.