Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşüb 6 İyun 2023 19:30

İtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov iyunun 6-da bu ölkənin Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir 6 İyun 2023 18:40

2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib - VİDEO 6 İyun 2023 18:20

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və onların müavinlərinin hərb sənəti, bölmələrin idarə edilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərar qəbuletmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə komandir hazırlığı məşğələsi keçirilib.

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO 6 İyun 2023 15:06

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.

Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub 6 İyun 2023 13:13

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoloq” hərbi uçot ixtisası tədris qrupunun dinləyiciləri ilə keçirilən zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub.

Müdafiə Nazirliyinin məlumatı 6 İyun 2023 09:31

İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başlayıb 5 İyun 2023 20:20

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir 5 İyun 2023 19:47

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı İtaliyada səfərdədir 5 İyun 2023 19:04

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə bu ölkəyə səfər edib.

Quru Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib 5 İyun 2023 13:10

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə rəisləri, əlahiddə hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə toplantı keçirilib.