Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2023 13:13

Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoloq” hərbi uçot ixtisası tədris qrupunun dinləyiciləri ilə keçirilən zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub.
Psixoloqların nəzəri bilikləri, ixtisas və fiziki hazırlıqlarının yoxlanılması məqsədilə yekun imtahan keçirilib.
Nəticələrə əsasən, kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, keçirilən kursun əsas məqsədi hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəxsi heyətin psixoloji vəziyyətinin qiymətləndirilməsi, eləcə də hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi zamanı onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.