Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2023 19:04

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı İtaliyada səfərdədir

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə bu ölkəyə səfər edib.
La Spezia Hərbi Dəniz Bazasında keçirilən 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinin açılış mərasimində iştirak edən vitse-admiral S.Bəkirov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Beynəlxalq Dəniz Müdafiəsi sərgisi 25 ölkənin HDQ komandanı, 36 ölkənin nümayəndə heyəti və müxtəlif aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilir.