Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2023 19:30

Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşüb

İtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov iyunun 6-da bu ölkənin Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.
Vitse-admiral S.Bəkirov italiyalı həmkarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb, 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinə dəvətə görə minnətdarlığını bildirib.
Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.