Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 5 Sentyabr 2000 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 5-dən 6-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin ekspertlərinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri üzrə ilk işçi görüşü, sentyabrın 5-dən 8-dək Lüsern şəhərində (İsveçrə) "Kooperativ Determineyşn" təlimlərinin planlaşdırılması üzrə yekun konfransı və sentyabrın 5-dən 15-dək Konstansa şəhərində (Rumıniya) "Kooperativ Key" sülhməramlı təlimləri keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 30 Avqust 2000 00:01

Avqustun 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan Milli komandasının tərkibində çıxış edən Silahlı Qüvvələrin nümayəndələrini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 29 Avqust 2000 00:01

Avqustun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 28 Avqust 2000 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonunun Yuxarı Çaylı yaşayış məntəqəsi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 24 Avqust 2000 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının görüşündə iştirak etmək üçün avqustun 24-də Rusiya Federasiyasının Həştərxan şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 22 Avqust 2000 00:01

Avqustun 21-də, Kosovoda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xidmət edən Azərbaycan taqımının bir qrup əsgərinin həqiqi hərbi xidmətinin başa çatması ilə əlaqədar, onları əvəz edəcək 1 zabit və 10 nəfər sıravi əsgərin Türkiyə Respublikasına yolasalma mərasimi keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 15 Avqust 2000 00:01

Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Müharibə veteranlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 15 Avqust 2000 00:00

Avqustun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Ərdal Bucağın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 24 İyul 2000 00:00

İyulun 23-də saat 21:25-dən 21:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Ararat rayonunun Ucubiz yüksəkliyinin 2 km cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Əjdəkan yüksəkliyindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 23 İyul 2000 00:00

İyulun 22-də saat 20:30-dan 21:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Vayk rayonunun Barsruni yaşayış məntəqəsinin 3 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kərməçataq kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.