Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Müharibə veteranlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirmişdir. Azərbaycan Respublikası haqqında, onun Silahlı Qüvvələrinin Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin tarixindən türkiyəli qazilərə ətraflı məlumat verən general-polkovnik S.Əbiyev ölkəmizdə müharibə veteranlarına dövlət tərəfindən göstərilən hərtərəfli qayğıdan danışmışdır.
Qəbul üçün Müdafiə nazirinə təşəkkürlərini bildirən türkiyəli qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda qonaqlara Müdafiə Nazirliyi adından xatirə hədiyyələri təqdim edilmişdir.
Hər iki görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.