AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanlığı Baş Komandanının müavini admiral Çarlz Abbotu, ABŞ Müdafiə nazirinin Rusiya Federasiyası, Ukrayna və Avroasiya üzrə müavinin köməkçisi doktor Çeffri Starrı və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanlığı Baş Komandanının müavini admiral Çarlz Abbotu, ABŞ Müdafiə nazirinin Rusiya Federasiyası, Ukrayna və Avroasiya üzrə müavinin köməkçisi doktor Çeffri Starrı və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti “Azərbaycan Respublikası vətəndaşlarının 2000-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 2000-ci ilin aprel-may aylarında ehtiyata buraxılması” mövzusunda mətbuat konfransı keçirir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 13-dən 15-dək Riqa şəhərində (Latviya) “Kooperativ Banners” təlimlərinin planlaşdırılması üzrə yekun konfrans; martın 13-dən 17-dək Lvov şəhərində (Ukrayna) “Sülhün sipəri-2000” təlimlərinin planlaşdırılması üzrə əsas konfrans; martın 13-dən 24-dək Oberomerqau şəhərində (AFR) Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə üzrə inspektorlar və onları müşaiyət edən şəxslər üçün birləşmiş kurslar; martın 14-dən 16-dək Tbilisi şəhərində (Gürcüstan) “Kooperativ Partner” təlimləri üzrə yekun seminarı keçiriləcəkdir.
Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Carıyev Murad Baltayeviçi qəbul etmişdir.
Martın 3-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin dinləyicilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Norfolk şəhərində (ABŞ) martın 5-dən 8-dək NATO-nun Atlantika komandanlığında tərəfdaşlığı əlaqələndirmə qrupu rabitə zabitlərinin görüşü keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 28-dən martın 3-dək Brüssel şəhərində (Belçika Krallığı) vertolyotlara xidmət üzrə işçi qrupun görüşü və fevralın 28-dən martın 10-dək İzmir şəhərində (Türkiyə Respublikası) hava sərhədlərinə nəzarətin hərbi terminologiyası üzrə kurslar keçirilir.
Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin Azərbaycana işgüzar səfərə gəlmiş nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Baş komandanının Müstəqil Dövlətlər Birliyi Birləşmiş Hava Hücumundan Müdafıə Sistemi üzrə müavini general-leytenant Bondarev Yuri Stepanoviçi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi I dərəcəli kapitan Sukaç Vladimir Mixayloviçi qəbul etmişdir.
Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri polkovnik Bernard Violettini qəbul etmişdir.