Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 11-dən 15-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) adi silahlar üzərində nəzarət üzrə tanışlıq kursları, sentyabrın 11-dən 22-dək Özbəkistan və Qazaxıstan ərazisində “Mərkəzasbat-2000” təlimləri, sentyabrın 11-dən 22-dək Kluj-Napoka şəhərində (Rumıniya) “Kooperativ Best Effort” sülhməramlı təlimləri keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.