Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 18 Noyabr 2000 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 20-dən 24-dək Oberammergau şəhərində (AFR) mülki-hərbi əməkdaşlıq üzrə kurslar, noyabrın 20-dən dekabrın 1-dək Ankara şəhərində (Türkiyə) arxa xidmət qərargahı zabitləri üçün tanışlıq kursları keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 18 Noyabr 2000 00:01

Hərbçilərin Hollandiyanın Amsterdam şəhərində keçirilən dzü-do üzrə dünya çempionatında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ordu İdman Klubunun üzvləri kiçik çavuş Səlimov Rəsul Əli oğlu 90 kq çəki dərəcəsində gümüş və onun qardaşı sıravi əsgər Səlimov Nurəddin Əli oğlu isə 100 kq çəki dərəcəsində bürünc medallara layiq görülmüşlər.

Müdafiə Nazirliyinin məlumatı 17 Noyabr 2000 00:01

Sıravi əsgər Cəfərov Mükərrəm Murtuzəli oğlu ABŞ-ın Las Veqas şəhərində keçirilən ağırlıqqaldırma (poverliftinq) üzrə yarışlarda 90 kq çəki dərəcəsində qızıl medal almışdır.

Müdafiə Nazirliyinin məlumatı 17 Noyabr 2000 00:00

Noyabrın 16-da saat 17:30-dan 18:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Talış yaşayış məntəqəsinin şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan vaxtaşırı atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Noyabr 2000 00:01

Noyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Qərargah rəisləri Birləşmiş Komitəsi Sədrinin birinci müavini general Riçard B.Mayerzi, ABŞ Müdafiə nazirinin müavini cənab Uolter B.Slokombu və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Noyabr 2000 00:02

Noyabrın 14-də Müdafiə Nazirliyində Corc Marşall adına Təhlükəsizlik Araşdırmaları üzrə Avropa Mərkəzinin azərbaycanlı məzunlarının təşəbbüs qrupunun iclası keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Noyabr 2000 00:01

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Corc Marşal adına Təhlükəsizlik Araşdırmaları üzrə Avropa Mərkəzinin direktor müavini istefada olan general-mayor Frans Verneri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 13 Noyabr 2000 00:01

Noyabrın 13-də Bakıda Amerika Birləşmiş Ştatlarının C.Marşal adına Təhlükəsizlik Araşdırmaları üzrə Avropa Mərkəzinin təşkil etdiyi "Demokratiya şəraitində Azərbaycanın Milli Təhlükəsizliyinin Planlaşdırılması" mövzusunda seminar öz işinə başlamışdır.

Müdafiə Nazirliyinin məlumatı 13 Noyabr 2000 00:00

Noyabrın 12-də saat 21:15-dən 21:25-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Cəvahirli yaşayış məntəqəsinin 5 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Əhmədağalı yaşayış məntəqəsi sahəsində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 2000 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində noyabrın 13-dən 15-dək Neapol şəhərində (İtaliya) "Kooperativ Partner - 2001" təlimlərinin planlaşdırılması üzrə ilkin konfrans, noyabrın 13-dən 24-dək İzmir şəhərində (Türkiyə) Hava hərəkətinin idarə olunmasının hərbi terminologiyası üzrə kurslar və noyabrın 14-dən 15-dək Oberammergau şəhərində (AFR) təhsil və təlim üzrə konfrans keçiriləcək.