Noyabrın 13-də Bakıda Amerika Birləşmiş Ştatlarının C.Marşal adına Təhlükəsizlik Araşdırmaları üzrə Avropa Mərkəzinin təşkil etdiyi "Demokratiya şəraitində Azərbaycanın Milli Təhlükəsizliyinin Planlaşdırılması" mövzusunda seminar öz işinə başlamışdır.
Seminarda Azərbaycan Respublikasının Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik nazirliklərinin və digər mülki təşkilatların nümayəndələri iştirak edirlər.
Seminarın açılışında C.Marşal adına Təhlükəsizlik Araşdırmaları üzrə Avropa Mərkəzinin şefi polkovnik-leytenant Volfqanq Blum, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini cənab Araz Əzimov, Mərkəzin direktor müavini general-mayor Frans Verner və professor Edvard F.Smit çıxış etmişlər.
Seminar öz işini noyabrın 17-dək davam etdirəcəkdir.