AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 7-dən 9-dək London şəhərində (Böyük Britaniya) Fövqəladə halların idarəolunması mövzusunda seminar, oktyabrın 7-dən 11-dək Hamburq şəhərində (Almaniya Federativ Respublikası) NATO Maliyyə Təlim Qrupunun 56-cı görüşü, oktyabrın 7-dən 17-dək Aaxen şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun Maddi texniki-təminat üzrə 58-ci kursu, oktyabrın 7-dən 21-dək Ankara şəhərində (Türkiyə Respublikası) NATO-nun Taktiki Mülki - Hərbi Əməkdaşlıq kursu, oktyabrın 7-dən 25-dək Kayseri şəhərində (Türkiyə Respublikası) Təməl paraşüt kursu, oktyabrın 8-dən 10-dək Portsmout şəhərində (Amerika Birləşmiş Ştatları) "KOOPERATİV OSPREY-03" təliminin əsas planlaşdıma konfransı və oktyabrın 8-dən 11-dək Poyana Brasov şəhərində (Rumıniya) NATO-nun Mülki Müdafiə Komitəsinin payız sessiyası keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 8-də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə yaradılmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu" üçün Beynəlxalq Bankın Binəqədi filialında aşağıdakı hesablar açılmışdır:1.
Oktyabrın 2-də saat 22:30-dan 23:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin işğal olunmuş qərb sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 1-i və 2-də Brüssel şəhərində (Belçika Krallığı) NATO Silahlı Qüvvələrinin silahlandırılmasının "Zirehli Döyüş Texnikası" üzrə 2-ci işçi qrupunun ekspertləri ilə görüş, oktyabrın 2-dən 4-dək Haaqa şəhərində (Hollandiya) Adoptasiya edilmiş Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə haqqında məlumat mübadiləsinə dair seminar və oktyabrın 2-dən 18-dək Lvov şəhərində (Ukrayna) "Kooperativ Advençur Eksçeync - 02" təlimləri keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 30-dan oktyabrın 11-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) NATO-SNT sahəsində çalışan zabitlər üçün SNT proqramı və Tərəfdaşlığın koordinasiyası qrupu ilə tanışlıq kursu keçiriləcəkdir.
Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Rudolf Perina (Amerika Birləşmiş Ştatları), Nikolay Qribkov (Rusiya Federasiyası) və Yuq Perneni (Fransa Respublikası) qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri cənab Nikolay Svinarovun dəvətilə sentyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə gəlmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri Nikolay Svinarovun dəvətilə sentyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 25-dən 27-dək Bakı şəhərində NATO-nun Standartlaşdırma Agentliyinin ekspert qrupunun Azərbaycanın Müdafiə Nazirliyinin mütəxəssis zabitləri ilə işçi görüşü keçiriləcəkdir.