AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 26-dan 30-dək Oberammerqau şəhərində (Almaniya) NATO/Strateji Əməliyyat mülki-hərbi əməkdaşlıq üzrə kurs, yanvarın 26-dan fevralın 5-dək Axen şəhərində (Almaniya) NATO-nun Maddi-Texniki Təminat kursu, yanvarın 27-dən 29-dək Bakı şəhərində Planlaşdırma və analiz prosesi (PARP) üzrə ekspertlərin məsləhətləşmələri və yanvarın 28-dən 30-dək Trondheim şəhərində (Norveç) “Mülki əhalinin kimyəvi, bioloji və radioloji təhdidlərdən mühafızəsi üçün minimum hazırlıq standartları və təlimatlar” sənədi ilə bağlı konfrans keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 22-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti İşlər Vəkili cənab İvan Palçevi və hərbi attaşesi Nikolay Stoitsevi qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 15-dən 16-dək Oberammerqau şəhərində (Almaniya) “2004-cü il üçün SNT Planlaşdırma Simpoziumu”, yanvarın 14-dən 16-dək Brüssel şəhərində (Belçika Krallığı) “Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi” çərçivəsində “VERİTİ” İşçi Görüşü, yanvarın 14-dən 23-dək Riqa şəhərində (Latviya) “Kooperativ Naqqet-04” təliminin I fazası və yanvarın 14-dən fevralın 18-dək Haaqa şəhərində (Niderland Krallığı) “Niderlandın Müdafıə sistemi ilə tanışlıq” kursu keçirilir.
Yanvarın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Hafizi qəbul etmişdir.
Yanvarın 13-dən 15-dək Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Best Efford-2004” səhra təlimlərinin ilkin planlaşdırma konfransı keçiriləcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 11-də Ağdam rayonunun Mərzili kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 12-dən 16-dək Kilkis şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatlarında maddi-texniki təminat” kursu, yanvarın 13-dən 15-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Kooperativ Best Effort-04” təliminin ilkin planlaşdırma konfransı və yanvarın 13-dən fevralın 20-dək Viskov şəhərində (Çexiya Respublikası) “Sülhü dəstəkləmə əməliyyatları təlimatçıları üçün kurs” keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 9-dan aprelin 16-dək Sofiya şəhərində (Bolqarıstan Respublikası) “İngilis dili kursu”, yanvarın 10-dan 14-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Qərargah zabitləri üçün tanışlıq kursu”, yanvarın 10-dan aprelin 1-dək Budapeşt şəhərində (Macarıstan) “Hərbi ingilis dili kursu” və yanvarın 10-dan fevralın 9-dək Vişkov şəhərində (Çex Respublikası) “Sülhməramlı əməliyyatlar üzrə təlimatçılar üçün kurs” keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 8-də Azərbaycan Respublikası və Ermənistan respublikası silahlı qüvvələrinin Ağdam rayonunun Şıxlar kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.