ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 8-də Azərbaycan Respublikası və Ermənistan respublikası silahlı qüvvələrinin Ağdam rayonunun Şıxlar kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Miroslav Vımetal, Gennadi Korj və ATƏT-in yüksək səviyyəli qrupunun nümayəndəsi keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Kennet Pikles, Yurgen Şmidt və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.