AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 22-də saat 14:40-dan 15:55-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini fasilələrlə avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 19-da saat 18:30-dan 18:35-dək Ermənistan Respublikası Berd rayonunun Mososqex kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- iyunun 18-dən 22-dək Bakı şəhərində “Beynəlxalq humanitar hüquq” və Almatı şəhərində (Qazaxstan) “Qərargah zabitləri üçün tanışlıq” kursları;- iyunun 18-dən iyulun l-dək Klaypeda şəhərində (Litva) ”Amber Hope-07” təlimi keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 18-də saat 00:10-dan 00:15-dək Ermənistan Respublikası İcevan rayonunun Kayan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev iyunun 14-dən 15-dək NATO-nun mənzil-qərargahında Avro-Atlantik Tərəfdaşlıq Şurasının və NATO-ya tərəfdaş dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığının Brüssel şəhərinə yola düşmüşdür.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 12-də saat 12:50-dən 12:55-dək və saat 15:35-dən 15:40-dək Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il iyunun 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 11-də saat 20:30-dan 20:35-dək Ermənistan Respublikası İcevan rayonunun Kayan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutmuşlar.
İyunun 11-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Lauri Bristounu səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:-iyunun 11-dən 15-dək Frankfurt şəhərində (Almaniya) “Münaqişə zamanı beynəlxalq hüquq” kursu;-iyunun 11-dən 22-dək Konya şəhərində (Türkiyə) “Anadolu Qartalı 2007” təlimi;-iyunun 13-dən 14-dək Ramştayn şəhərində (Almaniya) “Kooperativ Arcer 2007” təliminin yekun planlaşdırma konfransı keçirilir.